Rusiya Abxaziya və Cənubi Osetiyanı öz ərazisinə daxil edə bilər.
Bu fikirləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndirib.
“Gürcüstanın NATO-ya mümkün qəbulu ilə bağlı yenidən söhbət gedir. Bu ölkədə artıq rusofobiya meylləri başlayıb. Bizə 2008-ci il tarixinin təkrarı lazım deyil. BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Ancaq narahatlığımızın real konturları varsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Əgər bunun üçün yaxşı səbəblər varsa, o, həyata keçirilə bilər”, – deyə o, qeyd edib.