image-2000x150
image-1678254958_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-780x450backend

ABŞ xarici agentlər haqqında qanuna görə Gürcüstana sanksiya tətbiq edə bilər

image-728x90
Gürcüstan parlamentinin birinci oxunuşda qəbul etdiyi xarici agentlər haqqında qanuna görə ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər.
Ulusal.az RBC-ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
“Bizim dünyanın istənilən ölkəsində insan hüquqlarının boğulmasına görə məsuliyyət daşıyan hər kəsi hesaba çəkməyə imkan verən alətlər dəsti var”, – Prays deyib.
O, həmçinin qeyd edib ki, Gürcüstan hakimiyyətinin xarici agentlər haqqında qanuna görə küçələrə çıxan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmək hüququ yoxdur. “Bütün dünyada insanların birləşmək, səslərini eşitdirmək universal hüququdur. Sərbəst danışma hqqqı var”, – deyən Prays dinc nümayişçilərin “dinc nümayiş” hüququna hörmət etmək lazım olduğunu bildirib.
İnsanlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı etiraz aksiyasına çıxıblar. Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında baş verən qarşıdurma zamanı polis gözyaşardıcı qaz və su şırnaqlarından, etirazçılar molotov kokteylindən istifadə edib. Onlar Gürcüstan parlamentinə də girməyə cəhd ediblər. Nəticədə bir neçə polis əməkdaşı, eləcə də texnika və avadanlıq xəsarət alıb. Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ki, etiraz zorakılığa çevrilərək “ifadə azadlığı və dinc toplaşmaqdan kənara çıxıb”.
Hazırda Nyu Yorkda olan prezident Salome Zurabişvili planlaşdırılan görüşləri ləğv edib. O, təcili açıqlama verib və nəhayət qəbul olunarsa, xarici agentlər haqqında qanuna veto qoyacağını söyləyib.
Parlamentin martın 7-də birinci oxunuşda qəbul etdiyi qanun layihəsindən belə çıxır ki, qeyri-kommersiya hüquqi şəxslər və KİV-lər gəlirlərinin 20%-dən çoxu xaricdən gəlirsə, onlar xarici təsir agenti statusu alacaqlar. Belə şirkətlərin qeydiyyatdan keçməsi tələb olunur.(Qaynarinfo)
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90