ABŞ öz vətəndaşlarına xəbərdarlıq edib ki, terrorizm, adam oğurluğu, silahlı münaqişə, vətəndaş iğtişaşları və NATO-nun İraq missiyasının ABŞ vətəndaşlarına dəstək göstərmək imkanlarının məhdudluğu səbəbindən İraqa səfər etməsinlər.
ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, ABŞ-ın İraqa səyahət tövsiyələrinin yeniləndiyi bildirilib. ABŞ-ın Ərbildəki səfirliyi və Ərbil Baş Konsulluğunun personalına binalarını tərk etmək əmri verilib.
Bəyanatda bildirilir ki, ABŞ əleyhinə silahlı qruplar İraqın hər yerində vətəndaşları və beynəlxalq şirkətləri təhdid edir.