image-2000x150
image-suleyman-soylu-12backend

ABŞ Türkiyədəki seçkilərə hansı yolla müdaxilə edir? – Şok detallar

image-728x90

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı medianın köməyi ilə seçkilərə müdaxilə etməyə çalışdığına görə qınayıb.

Ulusal.az xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri yazıb.

S.Soylu hesab edir ki, Qərb mətbuatının Türkiyədə keçiriləcək seçkilərlə bağlı manipulyasiyasında məqsəd ABŞ-ın planını həyata keçirməkdir.

Onun sözlərinə görə, ABŞ-ın media üzərindən tətbiq etdiyi planı fəal şəkildə gücləndirilir. Nazir əminliklə bildirib ki, Qərb Türkiyənin siyasi sisteminə 1960-cı ildən sonra nüfuz edib.

Soylunun fikrincə, Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğan Qərbin bütün bu sızmalarını aradan qaldırıb.

“İndi Qərb öz maraqlarını qəbul etdirməyə çalışır. ABŞ səfirinin nəzarət etmək istəmədiyi seçki yoxdur. Lakin 2023-cü il seçkilərində qalib gəldiyimiz andan etibarən sabitlik əsri başlayacaq”, – Soylu deyib.

Nazirin sözlərinə görə, bütün bunlar ABŞ-ın 100 illik planıdır: “ABŞ boyunduruğu qəbul etmədiyi üçün Türkiyədən qisas almağa çalışır. Hər kəs hər şeyi bilir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90