Kollektiv Qərb Ermənistana təhlükəsizlik zəmanəti verməyə hazır deyil.
Ulusal.az xəbər verir ki, bunu “Ermənistan” blokunun deputatı Anna Qriqoryan erməni jurnalistin sualını cavablandırarkən bildirib.
“Baş verənlərə nəzər salsaq məntiqi sual ortaya çıxır. Paşinyan, əgər KTMT-nin iclaslarını boykot edirsənsə, etiraz edirsənsə, anti-Rusiya ritorikası ilə məşğul olursansa, onda niyə bu təşkilatı tərk etmirsən? Bu yaxınlarda bizimlə görüşdə avropalı deputatlardan biri dedi ki, “biz ona bu sualı verdik və cavab aldıq ki, ciddi geosiyasi mərkəzlər, yəni ABŞ deyib ki, hələlik KTMT-dən çıxmağa ehtiyac yoxdur”, – Qriqoryan qeyd edib.“AzPolitika.info”






















