image-rt-reklam
image-1backend

ABŞ ordusu Suriyadan çıxacaq? – Ağ Evdən açıqlama

image-728x90

Suriyada Əsəd rejiminin devrilməsinin ardından ABŞ əsgərlərinin bölgədən çəkilib-çəkilməyəcəyi ilə bağlı Ağ Evdən açıqlama gəlib.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer Nyu Yorkda keçirilən konfransda danışıb.

O, ABŞ əsgərlərinin Suriyada qalıb-qalmayacağı sualına “hə” cavabını verib.

“Bu qoşunlar çox spesifik və əhəmiyyətli bir səbəblə oradadırlar. ABŞ əsgərləri 10 ildən artıqdır ki, İŞİD-ə qarşı döyüşmək üçün oradadır və biz bu missiyaya sadiq qalırıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90