Bayraktar PUA-larının döyüş meydanındakı uğurları dünya, o cümlədən ABŞ mətbuatında təhlil olunur.
Bu barədə ABŞ-ın “Al Monitor” informasiya saytında dərc olunmuş analitik yazıda qeyd edilib.
Yazıda Türkiyə PUA-larının uğurlarını real qarşıdurmalarda sübut etdiyi vurğulanıb. Bildirilib ki, dünyanın bir çox ölkəsinə ixrac edilən pilotsuz uçuş aparatları müharibə və sülh şəraitində xidməti ilə diqqət çəkir.
Türkiyənin müdafiə və aerokosmik ixracatında xüsusi yer tutan PUA-lar Səudiyyə Ərəbistanında da görünməyə başlayıb.
“Baykar pilotsuz təyyarələri Ukraynadan Liviyayadək niyə bu qədər populyardır?” sualına cavab axtaran “Al Monitor” onların Ukrayna, Qarabağ, Liviya, Suriya, İraq, Efiopiya və Somali kimi münaqişə zonalarında istifadə edildiyini xatırladıb.
Yazıda, həmçinin bildirilib ki, Türkiyə PUA-ları ABŞ və digər Qərb istehsalı olan pilotsuz təyyarələrlə müqayisədə daha qənaətcildir. Eyni zamanda, Çin və ya İranda istehsal edilən qeyri-Qərb sistemlərindən üstün olduğunu təsdiqləyib.