image-2000x150
image-image_750x_646a07afc4bcdbackend

ABŞ-ın yeni prezidenti qaradərili ola bilər: Tim Skott kimdir?

image-728x90

ABŞ Konqresinin yuxarı palatasında Cənubi Karolinanı təmsil edən senator Tim Skott rəsmən prezidentlik yarışına çıxıb. Ulusal.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Senatın yeganə qaradərili respublikaçı partiyasının 2024-cü il seçkilərində iştirak etmək niyyətini elan edən sənədləri Federal Seçki Komissiyasına təqdim edib.

Son dərəcə dindar, 57 yaşlı keçmiş sığorta brokeri Tim Scott bazar ertəsi doğma şəhəri Şimali Çarlstonda seçki kampaniyasına hazırlaşır.

Donald Trampla fikir ayrılıqlarına baxmayaraq, Skott ABŞ-ın keçmiş prezidenti ilə ümumən isti münasibət saxlayır və öz kitabında Ağ Evin keçmiş rəhbərinin onun irqi məsələlərlə bağlı fikirlərini “diqqətlə dinlədiyini” deyir.

Skottun kampaniyası uğurlu olarsa, o, ABŞ tarixində Barak Obamadan sonra ikinci qaradərili prezident, lakin ilk qaradərili respublikaçı prezident olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90