image-2000x150
image-koreya-abs-ordubackend

ABŞ-ın ən çox pul xərclədiyi 5 müharibə

image-728x90

ABŞ Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu ölkəyə 46,6 milyard dollar hərbi yardım edib.

Ulusal.az xəbər verir ki, bu barədə Kiel Dünya İqtisadiyyatı İnstitutu məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın Rusiya-Ukrayna müharibəsində xərclədiyi vəsait 2001-2010-cu illərdə Əfqanıstan müharibəsində xərclədiyi vəsaiti üstələyib. Belə ki, 2001-2010-cu illərdə ABŞ-ın Əfqanıstandakı hərbi xərcləri 43,4 milyard dollar olub.
Məlumatda qeyd olunur ki, ABŞ-ın Vyetnam müharibəsi, İraq müharibəsi və Koreya müharibəsində hərbi xərcləri xeyli yüksək olub.
ABŞ-ın hərbi xərcləri 1950-53-cü illərdəki Koreya müharibəsində 138,2 milyard, 2003-2010-cu illərdəki İraq müharibəsində 125,1 milyard, 1965-75-ci illərdəki Vyetnam müharibəsində 90,9 milyard dollar olub.
Vyetnam və Koreya müharibələrində hərbi xərclərin çox olmasının əsas səbəblərindən biri daşınma xərclərinin yüksək olması olub.
ABŞ-ın Ukraynaya bu qədər yüksək məbləğdə hərbi yardımlar ayırması ölkə daxilində ciddi tənqidlərə də səbəb olur. Lakin, bu tənqidlərə baxmayaraq, Kiyevə səfəri zamanı ABŞ prezidenti Bayden ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini açıqlayıb.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90