Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dair dəstəklərinin davam etdiyini açıqlayıb.
Con Kirbi keçirdiyi gündəlik mətbuat konfransında Türkiyəyə F-16 satışını qiymətləndirib.
Co Bayden administrasiyasının vəzifəyə gəldikdən sonra bu mövzuda eyni yolu izlədiyini qeyd edən Con Kirbi deyib: “Əlavə F-16-ların satışına və Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə dəstək verməyə davam edirik”.
Con Kirbi F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt veriləcəyi ilə bağlı satış cədvəli ilə əlaqədar dəqiq bir tarix verə bilməyəcəyini bildirib.
ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda F-16-ların Türkiyəyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq məlumat verməyib.






















