image-rt-reklam
image-zorba-abs-mescidbackend

ABŞ-da Türkiyə vətəndaşı namaz vaxtı imamı bıçaqladı – Video

image-728x90
Aprelin 9-da ABŞ-ın Nyu-Cersi ştatında türklərin və müsəlmanların sıx yaşadığı Paterson şəhərində Ömər məscidinin imamı Seyid Əl-Nəqib səhər namazını qıldırarkən Türkiyə vətəndaşı tərəfindən bıcaqlı hücuma məruz qalıb.
Ulusal.az
 xarici mediaya istinadən xəbər verir ki, üçüncü sırada olan Şerif Zorba (32) adlı hücumçu səcdəyə gedən camaatın üstündən tullanaraq əlindəki bıçaqla 65 yaşlı imama xəsarət yetirib.
Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən Zorba məscidin çöl qapısına qaçarkən insanlar tərəfindən yaxalanaraq polisə təhvil verilib.
İmamın həyatı üçün təhlükənin olmadığı bildirilir.
İfadəsində istanbullu olduğunu və qısa müddət öncə ABŞ-a gəldiyini deyən hücumçu sənədsiz silah daşımaq və adam öldürməyə cəhd etmədə təqsirləndirilir. CNN-nin məlumatına görə, şübhəli ilkin sorğu-sual zamanı ittihamları rədd edib.
O, aprelin 13-də məhkəməyə çıxarılacaq. Belə hallarda təqsirləndirilən şəxsi 26 ilə qədər həbs cəzası gözlədiyi bildirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90