image-rt-reklam
image-1backend

ABŞ bazası vuruldu: Hizbullah və İraq Əl-Nücəbə bəyanat YAYDI

image-728x90

İraqın qərbindəki Ənbar əyalətində yerləşən Amerikanın Ayn əl-Əsəd aviabazasına raket zərbələri endirilib. Ulusal.az xəbər verir ki, bu barədə “AlHadath” telekanalı məlumat yayıb.

Mənbə telekanala bildirib ki, Ayn əl-Əsəd bazasına 20-dən çox raket atılıb. O qeyd edib ki, hərbi baza istiqamətində raketlərin atıldığı ərazidə təhlükəsizlik yoxlamaları aparılıb.

Hücuma görə məsuliyyəti Livan Hizbullahı və İraq Əl-Nücəbə öz üzərinə götürüb, Əl-Hədath bildirib.

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri İraqdakı Amerika bazaları müntəzəm olaraq raketlərlə bombalanır. Terror aktlarına görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90