image-rt-reklam
image-vrtanesyan1681196169backend

AB Azərbaycan üçün casusluq edir – Vrtanesyan

image-728x90
AB-nin Ermənistanda yerləşdirilmiş missiyası Azərbaycan üçün casusluq funksiyalarını yerinə yetirir.

Ulusal.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

“Bunu “Politico”nun məqaləsində yazıldığı kimi, yüksək rütbəli avropalı məmur da etiraf edib. AB avropalı müşahidəçilərin bu monitorinqi vasitəsilə Ermənistanla bağlı bəzi məlumatları Azərbaycana ötürür. Təbii ki, bu, tamamilə ayıbdır. Əslində belə çıxır ki, Avropa müşahidə missiyası Azərbaycan üçün casusluq funksiyalarını yerinə yetirir”, – o bildirib.

Vrtanesyan qeyd edib ki, bu missiyanın funksiyaları ümumiyyətlə anlaşılmazdır:

“Tərəflər arasında etimadın yaradılması kimi deyilənlər absurd məqsəddir. Azərbaycan bu müşahidə missiyasını heç bir şəkildə tanımır və öz ərazisinə buraxmır. Münaqişə tərəfləri arasında körpülərin qurulmasından danışmaq absurddur. Başqa hansı funksiyaların olması tamamilə anlaşılmazdır, çünki bir şey yazılır, başqa addım atılır, tamam başqa fikir isə Ermənistan hakimiyyəti tərəfindən deyilir. Məncə, missiyanın məqsədi sadəcə Rusiyanı əsəbiləşdirməkdir. Ermənistanın bu məlumatlarla bağlı nə etməli olması barədə danışmaq mümkün deyil, çünki Ermənistanın və hakimiyyətdəkilərin maraqları üst-üstə düşmür”.

Qeyd edək ki, “Politico” nəşri AB diplomatik xidmətinin yüksək rütbəli rəsmisinə istinadən bildirib ki, AB Bakıya bəzi məlumatları ötürür:

“AB Bakı ilə fərqli ssenariyə ümid edir. Biz patrul xidməti və sairlə bağlı bütün lazımi məlumatları Azərbaycanla paylaşırıq, çünki heç bir problem istəmirik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90