Dünyanın ən varlı adamlarının sərvəti 2022-ci ildə 1,9 trilyon dollar azalıb.Ulusal.az xəbər verir ki, bu Forbes açıqlama yayıb. Nəşr bildirib ki, onların məcmu kapitalı təxminən 12 ayda 13,8 trilyon dollardan 11,9 trilyon dollara qədər azalıb.
“2022-ci ildə dünya üzrə milyarderlər 1,9 trilyon dollar itiriblər. Dekabrın 9-na onların ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb. Milyarderlərin sayı da azalaraq 2671-dən 2523-ə düşüb”, – nəşr yazır.
Üstəlik, 300 texnologiya milyarderi daha çox zərər çəkib. Onlar birlikdə 2022-ci ildə 1 trilyon dollardan çox itirdilər. Məsələn, Amazon qurucusu Jeff Bezos şirkətinin səhmlərinin dəyərinin təxminən 50% azalması səbəbindən 80 milyard dollardan çox itirib. Google-un ana şirkəti Alphabet də bu il külli miqdarda vəsait itirib.. Məqalədə deyilir ki, bu səbəbdən transmilli korporasiyanın həmtəsisçiləri Larri Peyc və Sergey Brin 40 milyard dollardan çox ziyana düşüblər.






















