image-rt-reklam
image-1backend

1 ildə polisə 4000-dən çox “donos” yazdı – Büdcəyə 140 min pul qazandırdı

image-728x90

Almaniyada 18 yaşlı gənc 1 il ərzində könüllü formada 4200-dən çox qanun pozuntusunu aşkar edərək polisə məlumat verib.

Ulusal.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Almaniyanın Saksoniya-Anhalt əyalətindəki Qrafenhainixen şəhərində yaşayan gənc velosipedlə şəhəri gəzərkən qarşısına çıxan qanun pozuntularını sənədləşdirib hüquq-mühafizə orqanlarına göndərib. O, əsasən dayanma-durma qaydalarını pozan sürücülər barədə polisə məlumat verir.

Məlumata görə, onun verdiyi məlumatlar nəticəsində yazılan cərimələr əsasında büdcəyə 140 min avro pul köçürülüb.

O, yerli mətbuata açıqlamasında fəaliyyətini dayandırmayacağını bildirib.Modern.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90