Azərbaycanın veteran cüdoçulardan ibarət milli komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatının üçüncü günündə daha 2 medal qazanıb.
Ulusal.az xəbər verir ki, ölkəmizin yeganə qadın təmsilçisi Zülfiyyə Hüseynova (F-6, 70 kq) bütün rəqiblərinə ipponla qalib gələrək Avropa çempionu olub.
M-1 yaş kateqoriyasında çıxış edən Samir İsmayılov (73 kq) isə bürünc medala layiq görülüb.
Xatırladaq ki, qitə çempionatının əvvəlki iki günündə Fərhad Rəcəbli (M-8, 90 kq), Babək Hacıyev (M-4, 60 kq), Vaqif Kərimov (M-4, 73 kq), Emil Hüseynov (M-4, 100 kq) qızıl, Samir İsmayılov (M-3, 81 kq) isə bürünc medal qazanmışdı.
Onu da əlavə edək ki, Zülfiyyə Hüseynova əsasən samboda qazandığı uğurları ilə məşhurdur. O, sambo üzrə 5 qat dünya və 2 qat Avropa çempionu tituluna sahibdir.