Azərbaycan UEFA reytinqində iki pillə irəliləyib.
Ulusal.az xəbər verir ki, buna “Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda qazandığı qələbə şərait yaradıbb.
23-cü sıraya yüksələn ölkəmizin hesabında 18,375 əmsal var. Bunun 1,625-i cari mövsümə aiddir. “Zirə”nin məhz Slovakiya təmsilçisini mübarizədən kənarlaşdırması reytinqdə 24-cü sırada olan bu ölkəni, həmçinin, Rusiyanı geridə qoymağımızla nəticələnib.
Qeyd edək ki, bu mövsüm qazanılan 1,625 xalın 0,750-si “Zirə”nin, 0,500-ü “Qarabağ”ın, 0,250-si “Sabah”ın və 0,125-i “Sumqayıt”ın payına düşür.
24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdə qərarlaşan Macarıstanın isə 19,500 xalı var.
55 ölkənin yer aldığı reytinq siyahısına 89,160 əmsalla İngiltərə başçılıq edir.