“Zirə” bu gün UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk matçında Kiprdə “Omoniya”nın qonağı olacaq.
GSP stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saar 21:00-da start götürəcək. Görüşü estoniyalı hakim Yuri Frişer idarə edəcək.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
22 avqust
21:00. “Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya).
Larnaka, GSP stadionu.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.