image-rt-reklam
image-fb_img_1715784020725backend

Zinzahal kəndində sakinlərlə səyyar görüş keçirilib – FOTOLAR 

image-728x90

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində sakinlərlə səyyar qəbul-görüşlər keçirilir. Məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar görüş Zinzahal kəndində keçirilib.
Qəbulda RİHBA-nın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov qəbulda bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, Qarabağ və Şərqi Zəngəzur rayonlarının milli iqtisadiyyata reinteqrasiyası əsas prioritetə çevrilib. Böyük qayıdış proqramı çərçivəsində tikinti və şəhərsalma, infrastrukturun yaradılması, insanların öz evlərinə geri dönüşünün sürətlə təmin edilməsi və digər mühüm layihələr fasiləsiz şəkildə davam etdirilir. İndiyə qədər Zəngilanın Ağalı kəndinə, Füzuli şəhərinə, Talış kəndinə, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə sakinlərin qayıdışı, eləcə də mayın 10-da Şuşaya ilk qayıdışın gerçəkləşməsi bu prosesin ümumdövlət işinə çevrildiyini təsdiqləyir.
Bu il Cəbrayıl, Xocalı, Xocavənd və Xankəndiyə də keçmiş məcburi köçkünlərin qayıdışı baş tutacaq. Cənab Prezident İlham Əliyev insanların 30 illik vətən həsrətinə son qoyduğu kimi, doğma ocaqlarına qayıdışı, layiqli yaşayışı, işlə təmin olunması üçün də yorulmadan çalışır.
Bu günlərdə keçirilən “Xarıbülbül” Musiqi Festivalının möhtəşəmliyi hamımızın qəlbində xoş təəssüratlarla yadda qaldı. Bu festival həm də illərin həsrətindən sonra əbədi olaraq doğma yurdlarına dönən şuşalıların qayıdış xoşbəxtliyi yaşadıqları məqamla üst-üstə düşdü.
Sonra söz sakinlərə verib.
Kənd sakinləri içməli su təminatının yaxşılaşdırılması, sahibsiz itlərə qarşı tədbir görülməsi, məşğulluq, elektrik dayaqlarının və nasaz sayğacın dəyişdirilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon Polis şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev sakinlərə onlayn bank əməliyyatları zamanı öz bank kart məlumatlarını digər şəxslərə verməmələrini tövsiyə etmişdir.
Kartdan karta sisteminin yayıldığı vaxtda, ümumiyyətlə, bank kartlarının tətbiqinin çoxaldığı dövrdə kibercinayətkarlığın çoxaldığını vurğulamış, təəssüf hissi ilə vətəndaşlarımızın da kiberdələduzların qurbanına çevrildiyini qeyd etmişdir. S.Əfəndiyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb. Belə halla qarşılaşdıqda dərhal rayon Polis şöbəsinə məlumat vermələrini xahiş edib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90