image-rt-reklam
image-111backend

 Zevsin ziyarətgahı olan, buxtalar şəhəri Muğla– FOTOLAR

image-728x90

Dünyanın mədəniyyət beşiyi sayılan Türkiyədə saysız-hesabsız mədəni abidələr mövcuddur. Türkiyədə turizmin sürətlə inkişaf etməsinin əsas səbəblərindən biri bu tarixi, arxeloji abidədirsə, digər səbəb turizmə qoyulan böyük investisiyadır. Bir sözlə Türkiyə dövləti turizmin əsas prioritet  kimi önə çıxarıb. Son 30 il ərzində Türkiyə dünya turizmində önəmli yerə sahib olub. Türkiyənin turizm sahəsində uğurlarını çoxsaylı şaxələnmış qrafiklə izah etmək olar. Sözsüz ki, Türkiyə turizmi dedikdə əsas yada düşən Antalya və Bodrum olur. Amma elə Bodrumun da əhatələndiyi Muğlada minlərlə turizm gözəlliklərini kəşf etmək olar. Bu günkü yazımızda oxucularımızı Muğla ilə tanış edəcəyik.

image-11

Muğlanı Türkiyə turizminin  mərkəzi saymaq olar. Muğla dənizdən 670 m yüksəklikdə, üstü düz bir qaya kütləsi kimi maraqlı bir görünüşə sahib olan Hisar dağının ətəklərində qurulmuş 120 minə yaxın  əhalisi olan bir şəhər mərkəzidir. Daha yaxın keçmişə qədər sənayesi və ya başqa bir işlək sektoru olmayan son dərəcə sakit kiçik bir inzibati mərkəz mövqeyindən indi turizmin mərkəzinə çevrilib.

image-12

Türkiyənin Muğla ərazisi dedikdə ilk öncə ağıla Bodrum gəlir. Amma bu vilayət yanız Bodrum gözəllikləri ilə kifayətlənmir. Marmaris, Milas, Dalaman, Ortaca, Fəthiyə, Datça kimi turistik bölgələr Muğla ərazisinə daxildir. Muğla dəniz turizminə görə Türkiyədə ilk yerdədir. 1200 km-lik məsafədə dəniz sahili olan Muğlaya il ərzində 10 milyonadək turist gəlir. Buranın yerli əhalisi isə cəmi 830 min nəfərdir. Muğla 3250 oteli və 260 minlik yataq yeri ilə Türkiyənin ən öndə gələn turizm vilayətidir. Muğla marinaların  sayına görə də Türkiyədə ilk yerdədir. Belə ki, Türkiyənin 51 marinasından 30-u Muğlanın payına düşür. Karia, Fars, Roma, Bizans, Osmanlı kimi müxtəlif mədəniyyətlərin izlərini daşıyan bu əfsanəvi bölgəni yaxından tanıyaq.

Muğlada bir antik şəhər də var.  Stratonikiya antik şəhəri Anadolunun qərbində qərar tutan Muğla rayonunda yerləşir. İnsanlar burada Tunc dövründən məskunlaşıblar. Amma onu digərlərindən fərqləndirən ən mühüm xüsusiyyət odur ki, Muğlada bir neçə dövrü eyni vaxtda görmək mümkündür. Çünki burada antik dövrdən başlayaraq Roma, Bizans, Səlcuq, Osmanlı və Türkiyə cümhuriyyəti dövrlərini bir-birinə bağlı və hamısını vəhdət şəklində görmək olur.

image-22

Stratonikiya antik şəhəri 3000 illik xarabalıqlar üzərindədir. Adi şəhərlərdən çox fərqlidir. Keçmişlə bu gün harmoniya yaradır şəhərdə. Bir tərəfində ellinizm dövrü antik teatrı, bir tərəfində Roma dövrünə aid parlament binası (bouleuterion), bir tərəfində Osmanlı dövrünə aid məscid var burada. Dünyada Stratonikiya kimi başqa bir antik şəhər yoxdur ki, eyni yerdə eyni zamanda müxtəlif dövrlərə aid bu qədər çox tikili olsun. Buna görə də Stratonikiya UNESCO-nun Ümumdünya Mirası Siyahısına salınıb.

Bir sıra mənbələrdə Stratonikiya dünyanın ən böyük mərmər antik şəhəri kimi tanınır. Herodot, Strabon və Pausanias öz əsərlərində bu yer haqqında yüksək fikirlər söyləyiblər.

Stratonikeia həm də qladiatorlar şəhəri kimi tanınıb. Çünki qladiatorlar bu döyüşlərdən azad olandan sonra burada təlim keçib və məskunlaşıblar.

Anadolunun ən möhtəşəm gimnaziyalarından (gymnasion) biri Stratonikiyadadır. Gimnaziyalar qədim zamanlarda gənclərin həm təhsil aldıqları, həm də idmanla məşğul olduqları təlim-təhsil mərkəzi olub.

image-33

Stratonikiya Hekat və Zevsə ithaf edilmiş iki böyük ziyarətgahı olan yeganə şəhər-dövlətdir.

Dövrün dini mərkəzi olan antik Lagina şəhəri də Stratonikiya yaxınlığındadır. Bu iki şəhər bir-birinə dini bağlarla yaxın olub. Lagina həm də Osmanlı dövründə Qərbi Anadoluda Osman Həmdi bəyin başladığı ilk arxeoloji qazıntı yeridir. Şəhərin təbii yamacında tikilmiş 15 min nəfərlik amfiteatr da var.

Stratonikiyada aparılan arxeoloji qazıntılar zamanı 1600 illik mozaikalar aşkar edilib. Mütəxəssislər hesab edir ki, bu mozaikaları düzmək üçün ustalar antik Efes şəhərindən gətirilib.

Stratonikiyada siz Səlcuqlu, Osmanlı, Türkiyə Cümhuriyyəti, bir az da dərinə getsək, Ellinistik, Roma və Bizans dövrlərinə aid sütunlu küçələrdə gəzirsiniz. Sanki zamanda səyahət edirsən, bir anda yüz il geriyə gedib-qayıdırsan. Bu vəziyyət adamı bir az çaşdıra bilir, çünki siz həm dünəndə, həm bu gündəsiniz. Hansısa başqa bir qədim şəhəri gəzsəniz, bu qədər dövrü bu qədər bir arada görə bilməyəcəksiniz. Sütunlu küçələri, idman zalı, parlament binası, hamamları, məscidləri və Osmanlı dövrü evləri ilə heyranedici bir yerdir Stratonikiya. O, keçmişə qapılar acır və burada tarixin izləri bir-birinə qarışır. Səyahət etmək və bu unikal antik şəhəri kəşf etmək çox maraqlıdır.

Bu qədim antik  şəhərdən başqa  2021-ci ildə Türkiyənin  Muğla vilayətinin Bodrum rayonunda aparılan qazıntı işləri zamanı yaşı 2400 il olan məzar aşkarlanıb. Sözsüz ki, bu bütün dünya arxeloqlarının marağına səbəb oldu.

Aparılan arxeloji araşdırmalar nəticəsində daş məzarın Mavsol dövrünə aid olduğu bəlli oldu. Təxminən iki metr uzunluğundakı məzarın çəkisi bir tondur. Açılan məzardan o dövrə aid iki nəfərin skeleti ilə yanaşı, güldan və digər əşyalar aşkarlanıb.

Tarixi qədim olan bu yaşayış məskəni  qədim dövrlərdə Kariya adlanırdı və Osmanlı İmperiyasına girənə qədər heç bir əhəmiyyətli rol oynamayan kiçik bir yaşayış məntəqəsi idi. Beləliklə yolu Muğlaya düşənlər üçün burada ən gəzməli və görməli yerləri sadalayırıq.

image-1

Türkiyənin digər bölgələrində olduğu kimi, Muğla vilayətində də ziyarət edilməsi çox maraqlı olacaq bir neçə görkəmli məscid var. Hər şeydən əvvəl, XV əsrin sonunda inşa edilmiş Kürşunlu küçəsindəki Qurğuşun Məscidini ziyarət etmək lazımdır. Bu gün yalnız dini bir ziyarətgah deyil, həm də bərpa işləri sayəsində əla vəziyyətdə qorunub saxlanılan qiymətli bir tarixi abidədir. Jamykebir məhəlləsindəki taxta məscid və İçərişəhərdəki Saburxane meydanındakı kiçik məscid ziyarət edilməlidir.

image-2

Keçmiş həbsxananın ərazisində yerləşən qalereyaya bitki və heyvan qalıqlarını görə biləcəyiniz Tyurlian Parkı daxildir. Bəzi əsərlərin 7 milyon ildən çox yaşı var. Bu eksklüziv eksponatların təsadüfən aşkarlanması diqqət çəkir: bunlar Kaklıjatepe dağındakı tikinti işləri nəticəsində tapılmışdır.

image-3

Şəhərin bu orijinal hissəsi ən maraqlıları yalnız qismən yaşayış evləri olan köhnə binaları qoruyub saxlamasıdır. Yalnız Muğlada damlarında kafeldən hazırlanmış qapaqları olan maraqlı borular görə bilərsiniz. Ərazinin mühüm tarixi dəyəri olduğundan, yerli hakimiyyət orqanları onun abadlaşmasını qorumaq üçün müntəzəm olaraq vəsait ayırırlar. Yeri gəlmişkən, bir çox köhnə ev sahibləri həmişə nadir bir turisti həyətlərinə dəvət etmək və onları çay içməkdən məmnunluq duyurlar.

image-4

Bu qeyri-adi dağa gedən yol Saburxane bölgəsindən başlayır. Üstünə piyada dırmaşmaq olar: şəhərin gözəl bir panoraması, Hitit dövrünə aid antik tikililərin təpələri və xarabalıqları açıldığı bir təcili müşahidə göyərtəsi var. Asar Dağı düz səthinə görə başqa bir ad aldı – Masadaga, türkcədən tərcümədə “Dağ süfrəsi” mənasını verir.

Muğlada tarixin istənilən dövrünə aid abidələrə rast gəlmək mümkündür. Bəzən avropalı turistlər bu bölgəni qədimliklə, müasirliyin atndemi adlandırır. Yolunuz Muğlaya düşsə mütləq tarixi abidələri ziyarət edib, Türkiyə mədəniyyət abidələrinin şah əsərləri ilə tanış olun.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90