Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçatryanın növbəti məhkəmə prosesi keçirilir.
Ulusal.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmişlər ifadə verir. Zərərçəkmiş Kazımov Şamil, Vaqifi yaxşı tanıdığını bildirib.
“O da məni yaxşı tanıyır. Atamın çayxanası var idi. Sizin içinizə sızmışdım, dilinizi də yaxşı bilirəm. Vaqif qardaşı ilə bizim evdə neçə dəfə yemək yeyib. Bir yerdə çörək kəsmişik. 7 nəfərdən ibarət dəstə idi. Kəndi çox yaxşı tanıyırdılar.
Bu adamlar hamısı bizim evdə olublar. Kəndə kim yaxşı atıcıdırsa, birinci onları öldürdülər. Bütün olanlar əvvəlcədən planlamışdı. Hər kənddən 20-25 şəhid verildi. Gecə 4-dən sonra film gətirirdilər, türklərə qarşı təbliğat aparırdılar. Bir gün gedib gizli baxdım, başıma hava gəldi ki, bu nə kinodur? Güclü hazırlıq və təbliğat gedirdi”.