“Böyük Qayıdış” proqramı çərçivəsində şəhərə ilk köç olacaq.
Noyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidə Zəngilan şəhərinə qayıdacaq sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib.
Şəhərin ilk sakinləri olacaq ailələr yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar.
Qeyd edək ki, Zəngilan şəhəri Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü il oktyabr ayının 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu.
Azərbaycan Ordusu Vətən müharibəsi zamanı – 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərini erməni işğalından azad edib.
2022-ci il oktyabr ayının 19-da Prezident İlham Əliyev Zəngilan şəhərinin ilk yaşayış binasının təməlini qoyub.
Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd edilir.






















