image-2000x150
image-1backend

Zəngəzur dəhlizinin açılması hamının xeyrinə olacaq – Mövlud Çavuşoğlu

image-728x90

“Bu dəhlizin açılması həm region, həm də Ermənistanın özü üçün yaxşı fayda vəd edir. Ankara onun açılmasını dəstəkləyir”, – Bakıda səfərdə olan Türkiyə parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri deyib.

Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

“Regionda bu kimi layihələrə ən çox Ermənistanın ehtiyacı var. Biz onsuzda fərqli dəhlizlərlə, Bakı-Tblisi-Qars dəmir yolu və nəqliyyat dəhlizləri ilə önəmli addımlar atdıq. Amma Zəngəzur dəhlizinin də hər kəsə faydası olacaq. Bu dəhliz layihəsinin də həyata keçməsini də Türkiyə olaraq dəstəkləyirik”, – deyə o bildirib.

Çavuşoğlu həm də bildirib ki, Şuşa Bəyannaməsi ilə bərabər Azərbaycan və Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib.

“Bu bəyannamə çərçivəsində Türkiyə Azərbaycanın nəyə ehtiyacı olarsa, o mövzuda yanında olacaq. Ermənistana dəstək verən ölkələrin Azərbaycanı hədəf almadıqlarını bildirməsinə inanmırıq. Təbii ki, regiona iqtisadi dəstək verə bilərlər. Amma xüsusilə silah mövzusunda verdikləri dəstəyin Ermənistana, regiona faydası olmaz. Bunu daha əvvəl yoxladılar və faydası olmadığını gördülər”, – deyə o bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90