image-rt-reklam
image-1backend

Zəngəzur dəhlizində İran və Hindistanın ortaq marağı -DEPUTAT

image-728x90

Zəngəzur dəhlizinin açılması, Hindistanla İranın marağında deyil.

Əksinə, hər iki dövlət, Dəhlizin açılmasını birmənalı olaraq istəmir. Onlar tərəfindən, Çin-Pakistan-İran-Azərbaycan-Gürcüstan-Qara dəniz nəqliyyat dəhlizinə alternativ olaraq, Hindistan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu təklif olunur. Bu da təbii ki, çox milyardlı maliyyə vəsaiti tələb etdiyindən, iqtisadi cəhətdən sərfəli ola bilməz. Məsələ ondadır ki, Hindistanla İran , Ermənistanı özləri üçün regional müttəfiq seçmişlər. Ona görə də, siyasi, iqtisadi, hərbi sahədə bu ölkələrin baxışları üst-üstə düşür.

Bu barədə “turaninsesi.az ”-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Hindistanın anti-Azərbaycan siyasətinin kökündə, bizim Pakistanla strateji müttəfiqliyimiz, dostluq münasibətlərimiz, Kəşmir və Cammu məsələlərində Pakistan xalqına verdiyimiz dəstək durur.
İran isə, beynəlxalq münasibətlər sistemində anti-türk, anti-islam missiyasını boynuna almış ölkədir. Bu ölkənin bütün cəhdləri ona yönəlib ki, Türk dünyasının inteqrasiyasının qarşısını alsın, İslam dünyasında bölücülük siyasəti aparsın. Molla rejimi bu məqsədlə, müsəlman ölkələrində “Hizbullah”, Fatmaiyyun”, Zəhraiyyun” tipli terror təşkilatları yaradır, milyardlarla vəsait xərcləyir. Həmin terror təşkilatlarının fəaliyyətləri İraqda, Suriyada, Livanda, Yəməndə, Fələstində gedən proseslərdə özünü göstərdi.

Son illər, mollalar Azərbaycan cəmiyyətində də, kifayət qədər təşkilatlanmış, təxribat xarakterli iş aparmışdılar. Məqsədləri Azərbaycanın konstitusion quruluşunun zorla dəyişdirərək, orta əsrlərin cəhalət dövrünə qaytarmaq idi. Xoşbəxtlikdən təhlükəsizlik orqanlarımızın peşəkarlığı və sayıqlığı nəticəsində, həmin təşkilatlar ifşa olundu. Xalqımız cəhaləti, xurafatı deyil, sivil dövlət quruculuğunu dəstəklədi.
Bir məsələni də, vurğulamaq istərdim. Azərbaycan bütün ölkələrlə, o cümlədən Hindistan və İranla bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Bizə qarşı bir addım atılanda, biz iki addım atırıq. Təki, münasibətlər sağlam zəmində qurulsun.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90