“Zəngəzur dəhlizinin açılmasında nə qədər iqtisadi əhəmiyyət varsa, bir o qədər də siyasi əhəmiyyət var. Biz ona yalnız mühüm bir yol kimi yox, siyasi bir layihə kimi baxmalıyıq. Çünki bu həm də bizim Türkiyə və orta Asiya Respublikları ilə birliyimizi daha da gücləndirəcək, möhkəmləndirəcək və Türk dövlətləri arasında inteqrasiyanı, birliyi artıracaq”. – bu fikirləri açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı heç kimin şübhəsi olmasın, dəhliz mütləq açılacaq.
“Bu Azərbaycanın prinsipial bir məsələsidir və Azərbaycan bu məsələni mütləq şəkildə həll edəcək. Sadəcə burada zaman məsələsi var. Bundan əlavə eyni zamanda region dövlətlərini ciddi şəkildə maraqlandıran bir layihədir. Sadəcə bu məsələ zamanla öz həllini tapacaq. Zaman-zaman müəyyən problemlər ortaya çıxır. Ermənistan təxribatlara əl atır, digər ölkələr buna mane olmağa çalışır, amma Azərbaycan bütün məqsədlərinə birmənalı olaraq nail olacaq “-deyə Arzuman Muradlı bildirib.