Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı ümumi anlaşma əldə olunub.
Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin deyib.
“Deməliyəm ki, erməni və azərbaycanlı tərəfdaşlarımızla birlikdə bir çox nizamlanma yollarında artıq ciddi nəticələr əldə etmişik. Mən regional nəqliyyat kommunikasiyalarının, ilk növbədə dəmir yollarının blokdan çıxarılmasından danışmaq istərdim. Baş nazir müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı ümumi anlaşma əldə olunub”, – Qaluzin “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
O, xüsusilə, söhbətin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Ermənistanın Zəngəzur bölgəsindən keçən yoldan (Zəngəzur dəhlizi-red.) getdiyini vurğulayıb.