image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

Zəngəzur dəhlizi bu istiqamətdə əsas rol oynayacaq -Arzuman Muradlı

image-728x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Bu forumun Azərbaycan üçün tarixi əhəmiyyəti nədən ibarətdir? Bunu politoloq Arzuman Muradlı ilə müzakirə etmişik.

-Arzuman müəllim bu gün Bakıda keçirilən bu forumun Azərbaycan üçün hansı əhəmiyyəti var?
– Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.

Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına gətirib çıxarır. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. X Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək qloballaşan dünyanın mövcud problemlərinə, təhlükəsizlik və dünyanı gözləyən qida böhranı məsələlərinə xüsusi diqqət ayırıb. “Əminəm ki, Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək”- söyləyən cənab Prezident məsələlərə yeni yanaşmanın vacibliyini və zəruriliyini önə çəkib.

Arzuman müəllim sözsüz ki, artıq dünyada təhlükəsizlik məsələsi daha öncül yerlərdən birini tutur. Sizcə bu forumun dünyada təhlükəsizlik məsələlərinə nə dərəcədə təsiri var?
-Təhlükəsizlik məsələlərinin beynəlxalq gündəlikdə əsas məsələlərdən birinə çevrildiyini bildirən Prezident İlham Əliyev hər bir ölkənin bu prosesə öz töhvəsini verməli olduğunu diqqətə çatdırıb və vurğulayıb ki, “Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.”

Ölkə rəhbəri eyni zamanda Qarabağ münaqişənin həllinin regionda sülh və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıdığını və bu münaqişəsinin həllinin regionda sülh üçün bir fürsət olduğunu bildirib.Çıxışında cənab Prezident Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası işləri ilə bağlı hazırkı vəziyyət barəsində məlumat verib və regionda kommunikasiyaların bərpasının, xüsusilə də Zəngəzur dəhlizinin açılmasının gələcək regional sülhün fundumental elementlərindən olduğunu bildirib. “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayıb və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq” fikirlərini söyləyən ölkə başçısı Azərbaycanın müharibədə qalib gəldiyini, eyni zamanda işğaldan əziyyət çəkmiş ölkə kimi bunu tələb etməyə böyük mənəvi haqqı olduğunu bəyan edib.

Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlı məsələyə toxunan cənab Prezident bildirib ki, onların hüquq və azadlıqları Azərbaycanda yaşayan digər millətlər kimi dövlətimiz tərəfindən tam təmin ediləcəkdir.

Ölkə başçısı dırnaqarası statusla bağlı istənilən istinadın yeni qarşıdurmaya gətirib çıxaracağını söyləyib və qeyd edib ki, “Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil”.

Çıxışında Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fərziyyələrə də münasibət bildirib və bu qurumun fəaliyyətinin artıq tarixin arxivində qaldığını vurğulayıb. Bu qurumun həyata keçirməli olduğu işləri Azərbaycan özü həll edib və yalnız böş vədlər verən və lüzumsuz səfərlər edən bu beynəlxalq quruma artıq heç bir ehtiyac qalmayıb.

Azərbaycan Cənubi Qafqazda böyük və davamlı sülhün bərqərar olmasına çalışır. Cənab Prezidentimizin məqsədyönlü fəaliyyətində bu məsələ önəmli yer tutur. Artıq regionun inkişafı məqsədilə bir sıra addımlar atılmaqdadır. Yeni kommunukasiyalar çəkilir, iri layihələr icra olunur. Zəngəzur dəhlizi bu istiqamətdə əsas rol oynayacaqdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90