image-rt-reklam
image-erdogan_ilhambackend

Zəngəzur dəhlizi açılır: Ərdoğan sabah Naxçıvanda açılış edəcək

image-728x90

Qarabağda Azərbaycanın anti-terror tədbirlərini uğurla başa çatdırmasından sonra , indi də diqqətlər uzun müddətdir üzərində işlənən “Zəngəzur dəhlizi”nə yönəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Naxçıvan Muxtar Respublikasına səfər etməsi xəbəri, erməni mediasında birmənalı qarşılanmayıb.Sosial şəbəkənin erməni seqmentində Ərdoğanın səfəri ilə bağlı çoxsaylı informasiya yayılıb. Erməni sosial şəbəkə istifadəçiləri Ərdoğanın Naxçıvana səfərini “Zəngəzur dəhlizi”nin açılışına hazırlıq kimi dəyərləndirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  səfər proqramında bir neçə açılış olacağı artıq təsdiqlənib. Erməni mediası məhz səfər proqramının detallarına diqqət çəkiblər. Erməni mediası  sabah Türkiyə və Azərbaycan prezidentlərinin  İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasiminin birbaşa ” Zəngəzur dəhlizi”nin açılışına hazırlıq kimi qiymətləndirir.

Bundan başqa  Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 5-də İspaniyanın Qranada şəhərində görüşəcəyi də artıq təsdiqlənib. Görünən odur ki, rəsmi İrəvan ölkəni çətin vəziyyətdən qurtarmağın yollarını arayır. Bu yolda da rəsmi İrəvan “Zəngəzur dəhlizi”nin açılmasına öz töhfəsini verməklə batan iqtisadiyyatını dirçəltmək istəyir.

Görünən odur ki, artıq rəsmi İrəvan da anlayır ki, regional lahiyələrdən kənarda qalmaq Ermənistanı uçuruma aparır. Bir sözlə danışıqlar öz nəticəsini verərsə yaxın zamanda “Zəngəzur dəhlizi” fəaliyyətə başlaya bilər. Bu lahiyə regionun daha da dirçəlməsinə imkan verəcək.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90