ABŞ hökumətinin nümayəndələri Ermənistana səfəri başlayır .
Ulusal.az xəbər verir ki, “Joqovurd” qəzetinin məlumatına görə, gələn həftə ABŞ-dan müxtəlif dairələrin nümayəndələri Ermənistana səfər edəcəklər.
Məlumatlı mənbələrin bildirdiyinə görə, səfərin əsas gündəliyini “Zəngəzur dəhlizi”nin açılışa hazırlıq prosesi tutur. Amerikalı nümayəndələrin səfər çərçivəsində dəhlizin texniki və siyasi təfərrüatları, investisiyaların həcmi, prioritetlər, eləcə də tikinti işlərinə başlanma tarixlərini müzakirə edəcəkləri gözlənilir.
Mənbələr bildirir ki, səfərin məqsədi Tramp-Əliyev-Paşinyan memorandumunun artıq paraflanmış variantının praktiki həyata keçirilməsi istiqamətində atılacaq addımlara aydınlıq gətirməkdir.
Hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi ilə bağlı açıqlama vermirlər. Bununla belə, “Joqovurd” qeyd edir ki, müzakirələr qapalı formatda aparılacaq və qəbul ediləcək qərarlar regionda yeni yol reallığının formalaşdırılması ilə birbaşa əlaqəli olacaq.