image-rt-reklam
image-1backend

Zemfiraya qarşı ittihamlar açıqlandı: Dövlət əleyhinə fəaliyyət, xaricdən maliyyələşmə

image-728x90

Rusiya Ədliyyə Nazirliyi tatar əsilli müğənni Zemfiranın (Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilmiş) xaricdən maliyyə mənbələrinə malik olduğunu aşkar edib və onu Rusiya əleyhinə siyasi fəaliyyətdə ittiham edib.

TASS bu barədə iş materiallarına istinadən xəbər yayıb.

Sənətçinin xarici agentlər siyahısına salınması ilə bağlı apellyasiya şikayətindən sonra şöbə Rusiyanı tərk edən müğənninin siyahıya salınmasının səbəblərini açıqlayıb.

“Anti-Rusiya siyasi fəaliyyəti sosial şəbəkələrdə Ukraynaya dəstək verən bəyanatlar yerləşdirməkdən və Rusiyanı xüsusi hərbi əməliyyat keçirməsinə görə tənqid etməkdən ibarət olub”, – məhkəmə sənədlərində deyilir.

Bundan əlavə, Zemfiranın Almaniya və İrlandiyadan olan iki kredit təşkilatı, həmçinin Britaniya şirkəti “Orchard Enterprises NY Inc” də daxil olmaqla bir neçə xarici maliyyə mənbələrinə malik olduğu müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl müğənninin Rusiya Ali Məhkəməsinə müraciət etdiyi məlum olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90