image-rt-reklam
image-defaultbackend

Zelenski: Ukrayna ərazilərini Rusiyaya verməyəcək

image-728x90

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna heç vaxt öz ərazilərini Rusiya prezidenti Vladimir Putinə güzəştə getməyəcək. Ulusal.az xəbər verir ki, o, bu fikirləri Danimarkanın baş naziri Mette Frederiksenlə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Zelenskinin sözlərinə görə, “heç kim Putinə güvənmir”:

“Bəziləri üçün bu, sadəcə ərazidir, amma bizim üçün bu, həyatımız, tariximiz, Konstitusiyamızdır. Orada evlər, ailələr var. Bombardmana görə evlərini tərk edən insanlar geri qayıtmaq istəyirlər. Ona görə də biz heç bir halda əraziləri verə bilmərik”.

Ukrayna lideri qeyd edib ki, ərazilərin mübadiləsinə dair məntiqli yanaşma yoxdur:

 “Əgər bir şəxs sizə yalan danışıb, artıq torpaqlarınızı işğal edibsə, onun dayanacağına kim zəmanət verə bilər? Heç kim. Putin dəfələrlə yalan danışıb, ona görə də biz ona etibar edə bilmərik”.

Zelenski vurğulayıb ki, Rusiya artıq böyük itkilər verib:

 “Putin Donbasın 30 faizindən çoxunu 4 ilə işğal edə bilməyib. 100 mindən çox əsgərini itirib. Daha irəli getsə, milyonlarla əsgəri qurban verməli olacaq”.

Ukrayna Prezidentinin sözlərinə görə, Ukrayna bu torpaqları Rusiyaya verməyəcək və mübarizəni sona qədər davam etdirəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90