image-rt-reklam
image-882776_srcbackend

Zelenski: Ukrayna bir qarış da olsa torpağını güzəştə getməyəcək

image-728x90

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da keçirilən görüşdən sonra Rusiya ilə mümkün danışıqlar barədə açıqlama verib.

Ulusal.az xəbər verir ki, Zelenski bildirib ki, Moskva əvvəlcə Rusiya-Ukrayna formatında ikitərəfli görüş, daha sonra isə ABŞ prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş təklif edib. “Biz liderlər səviyyəsində hər cür formata hazırıq. Çünki yalnız bu səviyyədə mürəkkəb və ağrılı məsələlər həll oluna bilər”, – deyə Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Putinə ikitərəfli görüşə hazırdır, lakin əsas məsələ bu görüşün necə keçiriləcəyidir. Zelenski əlavə edib ki, tərəflərdən hər hansı biri sülhə hazır olduğunu göstərməzsə, ABŞ-ın uyğun reaksiya verməsi vacibdir.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, danışıqlar şərtsiz keçirilməlidir: “Əgər biz öncədən qlobal şərtlər irəli sürsək, ruslar da yüz şərt ortaya qoyacaq. Ona görə də heç bir şərtsiz görüşməliyik və müharibənin sona çatması üçün yolları müzakirə etməliyik. Əvvəlcədən bəyan edirəm ki, Ukrayna bir qarış da olsa torpağını güzəştə getməyəcək.”.

Zelenski xüsusilə vurğulayıb ki, ərazi məsələləri yalnız onunla Rusiya prezidenti Vladimir Putin arasında müzakirə olunacaq. O, ABŞ-da təqdim edilən xəritədə göstərilən işğal olunmuş ərazilərlə bağlı fikirlərini də bölüşərək, Krımın və Donbasın 2014-cü ildə ələ keçirildiyini xatırladıb.

Görüşün vaxtı və yeri hələ dəqiqləşməyib. Lakin ABŞ prezidenti Tramp bildirib ki, artıq Zelenski və Putin arasında ikitərəfli görüşün təşkili üzərində iş aparılır, ardınca isə üçtərəfli formatda yeni görüş keçiriləcək. Almaniya kansleri Fridrix Mersin sözlərinə görə, toplantı növbəti iki həftə ərzində baş tuta bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90