image-rt-reklam
image-1backend

“Zelenski tarixdə ən böyük tacirdir” – Donald Tramp

image-728x90

“Zelenski hər dəfə ölkəmizə gələndə 60 milyard dollarla geriyə dönür…”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin ABŞ-a səfərinə etinasız yanaşaraq onu “tarixdə ən böyük tacir” adlandırıb.

Ulusal.az xəbər verir ki, bu barədə o, bazar ertəsi Pensilvaniyada BMT Baş Assambleyası qarşısında bəyan edib. Məlumatı “Bloomberg” nəşri yayıb.

Tramp deyib ki, o, Ukrayna siyasətinə “başqa cür” yanaşacaq. “Mən Zelenskinin burada olduğunu görürəm. Düşünürəm ki, Zelenski tarixdə ən böyük tacirdir. O, hər dəfə ölkəmizə gələndə 60 milyard dollarla geriyə dönür”, – Tramp deyib.

O, əlavə edib ki, onun fikrincə, Zelenski onun rəqibi Kamala Harrisin seçkilərdə qələbə qazanmasını “çox istəyir”. Tramp deyib ki, seçkilərdə qələbə qazanacağı təqdirdə o, Ukayna və Rusiyanı danışıqlara sövq edəcək.

“Əgər mən bu seçkiləri udsam, birinci edəcəyim Zelenskiyə, Putinə zəng vurub “Siz sövdələşmə bağlamalısınız, bu, ağılsızlıqdır” deyəcəyim olacaq”, – Tramp deyib.

Tramp və Ukraynada müharibə

“The Times” nəşri yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı Donald Trampın seçkilərdə qələbə qazanacağı təqdirdə ölkəsinin sərfəli olmayan sülh sazişinə vadar edilməməsi üçün Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsinə çağırış edəcək.

Bundan öncə Zelenski “The New Yorker” nəşrinə müsahibəsində bəyan edib ki, Tramp Ukraynada müharibənin necə son qoyulmasını əslində bilmir.

O, həmçinin qeyd edib ki, Trampın müşaviri Cey Di Vensin Ukraynada müharibənin başa çatması ilə bağlı ideyası qəbuledilməzdir. O, həmçinin hesab edir ki, bu konsepsiya “heç bir formal mənada” plan demək deyil.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90