Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar üçün İstanbula hansı şərtlə gedəcəyini açıqlayıb.
Ulusal.az xəbər verir ki, Ukrayna lideri Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gələrsə, danışıqlara qatılacağını bildirib.
V.Zelenski rusiyalı həmkarının ondan çəkindiyini iddia edib: “Putin mənimlə görüşməkdən qorxur. Biz müharibənin başa çatması ilə bağlı razılaşmaq istəyirik. Danışıqlar nəticəsiz qalacağı təqdirdə ABŞ və Avropa İttifaqının Rusiyaya sərt sanksiyalar tətbiq edəcəyini gözləyirəm”.
Ukrayna rəhbəri mayın 15-də Putini İstanbulda gözləyəcəyini deyib. Amma Kreml lideri Türkiyəyə getmək niyyətində olduğunu heç vaxt açıqlamayıb.Teleqraf