image-rt-reklam
image-1backend

Zelenski: Putin istədiyini aldı

image-728x90

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Alyaskadakı sammiti rusiyalı lidere “istədiyini verdi”. Ulusal.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

5 sentyabrda Zelenski ABC News-un beynəlxalq məsələlər üzrə baş müxbiri Marta Raddatsla müsahibə verib. Söhbət bazar günü “Bu həftə” proqramında yayımlanıb. Müsahibə Rusiyanın Mukaçevoda yerləşən ABŞ-a məxsus Flextronics zavodunu bombalamasından sonra çəkilib.

“Üzücüdür ki, Ukrayna orada iştirak etmədi. Mən düşünürəm ki, prezident Tramp Putinə istədiyini verdi. O, çox istəyirdi ABŞ prezidenti ilə görüşsün. Və məncə, o bunu əldə etdi. Bu isə çox təəssüf doğurur”, – Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, Putin onunla görüşmək istəmir, amma ABŞ prezidenti ilə görüşərək şəkillər və videolar vasitəsilə özünü nümayiş etdirmək istəyir.

Putinlə mümkün görüş mövzusuna toxunan Zelenski bildirib ki, Rusiya prezidenti elə şərtlər irəli sürüb ki, onları qəbul etmək mümkün deyil:
“Raddats dedi ki, Putin görüşə razıdır, amma şərti var – siz Moskvaya getməlisiniz”.
“Mən Moskvaya gedə bilmərəm, ölkəm hər gün raket hücumlarına və zərbələrə məruz qalarkən. O, gələ bilər Kiyevə”, – Zelenski cavab verib.

Ukrayna prezidenti vurğulayıb ki, ölkəsi ikitərəfli və ya üçtərəfli görüşlərə hazırdır, amma bunlar Rusiyanın ərazisində ola bilməz. O, həmçinin ikitərəfli dialoqun tamamilə itirilmədiyini, danışıqların hələ də mümkün olduğunu söyləyib.

Zelenski hesab edir ki, müharibəni dayandırmaq üçün ABŞ və Avropa müttəfiqlərinin Rusiyaya daha güclü təzyiq göstərməsi lazımdır:
“Hamımız anlayırıq ki, Putinə əlavə təzyiq lazımdır. Bunu bizə ABŞ-ın təzyiqi ilə təmin etmək olar…” – deyə Ukrayna prezidenti qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90