image-2000x150
image-zelenskibackend

Zelenski onu istefaya göndərir: Ukraynada şok ssenari

image-728x90

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun istefasına hazırlaşır.

Ulusal.az xəbər verir ki, bu barədə “Legitimnıy” Teleqram kanalı mənbəyə istinadən məlumat yayıb.

Materialda deyilir ki, Zelenski ilə Budanov arasında ziddiyyətlər getdikcə genişlənir və güclənir. Mənbə qeyd edib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri ölkə prezidentinin qorxduğu hər şeyə malikdir. Kanal Budanovu “Qərbin məxluqu” adlandırıb.

Qeyd edilir ki, gələcəkdə Ukrayna prezidentinin ofisi Baş Kəşfiyyat İdarəsinin rəhbərini istefasına səbəb tapmaq üçün “Maydan-3” və ya buna bənzər bir şey hazırlamaqda ittiham edə bilər.

Daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan etmişdi ki, ABŞ Zelenskini əvəz edəcək şəxs tapmaq üçün səyləri gücləndirib. Ukrayna prezidenti postunu Kiyevin meri Vitali Kliçko və ya keçmiş dövlət başçısı Petro Poroşenko tuta bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90