image-2000x150
image-1backend

Zelenski İlham Əliyevi TƏBRİK etdi

image-728x90

“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edir, Azərbaycan xalqının rifahı naminə davamlı uğurlar və məhsuldar fəaliyyət arzulayıram”.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski “X” platformasındakı səhifəsində bildirib.

“Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm.

Bu tarixi dövrdə ölkəmizin azadlıq mübarizəsində Azərbaycanın göstərdiyi humanitar və digər yardımları yüksək qiymətləndiririk. Prezident Əliyevlə konstruktiv və etibarlı münasibətlərimizi, eləcə də komandalarımız arasında praktik əməkdaşlığı yüksək qiymətləndirirəm.

Əminəm ki, Ukrayna ilə Azərbaycanın strateji əlaqələri bundan sonra da möhkəmlənəcək” – Zelenski qeyd edib. (APA)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90