image-rt-reklam
image-4backend

Zehinlərdə silinməz iz qoyan görüş

image-728x90

Prezident İlham Əliyevin 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetində çıxışı xüsusi tarixi əhəmiyyət kəsb edir.

Prezidentin Qarabağ Universitetində yaradılmış şərait ilə yaxından tanış olması və ən əsası tələbələr ilə görüşü bir daha ölkə başçısının təhsil siyasətinə verdiyi töhfənin bariz nümunəsidir.

Dövlətimizin başçısının tələbələrlə görüşü zamanı çıxışında bildirdiyi fikirlər bütün dünyaya verilən əsaslı mesajlar idi.

Cənab İlham Əliyevinin çıxışında: “Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik”.

 

Həmçinin cənab İlham Əliyev tarixi həqiqətlərə də toxunmuşdur. Və bildirmişdir ki, “XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı”.

 

Görüş zamanı, həmçinin universitetə qəbul olan tələbələrin ölkə başçısı ilə ikitərəfli dialoqu şübhəsizdir ki, həmin tələbələrin zehinlərdə silinməz iz qoyan görüş kimi əbədi həkk oldu.

Orxan Əliyev

İctimai-siyasi fəal

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90