Ağstafa rayonunda xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində rayon Şəhidlər Xiyabanı ziyarət olunub. Anım tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri və yaxınları iştirak ediblər. Ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxunub, məzarlarının üstünə tər qərənfillər düzülüb.
Allah şəhidlərimizə rəhmət eləsin!























