image-rt-reklam
image-1backend

“Zaxarovanın açıqlaması, Kremlin oyundankənar qalmaq qorxusunu əks etdirir” – Politoloq

image-728x90

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Cənubi Qafqazla bağlı son açıqlaması əslində Rusiyanın bölgədəki nüfuzunun zəifləməsindən doğan narahatlığın göstəricisidir. Rusiya anlayır ki, Azərbaycan və Ermənistan arasında aparılan birbaşa danışıqlar Moskvanın bu prosesdən kənarda qalması ilə nəticələnə bilər. Məhz bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, guya NATO Cənubi Qafqazı “ələ keçirmək” niyyətindədir.” – bu fikirləri Ulusal.az-a açıqlamasında poltiloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, bu cür bəyanatlar, əslində, Kremlin bölgədəki mövqelərinin zəiflədiyini və yeni geosiyasi reallıqları qəbul etməkdə çətinlik çəkdiyini göstərir.

“Azərbaycan və Ermənistan arasında Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar Rusiyanın ənənəvi vasitəçi rolunu arxa plana keçirib. Bu da Moskvanın Cənubi Qafqazdakı strateji maraqları üçün ciddi təhdid kimi qiymətləndirilir. Zaxarovanın ritorikası bir tərəfdən Rusiyanın bölgədəki geosiyasi çəkisini qorumağa yönəlibsə, digər tərəfdən NATO-nu günahlandırmaqla məsələni hərbiləşdirmək cəhdidir. Halbuki, hazırkı şəraitdə region ölkələrinin – xüsusilə Azərbaycanın – milli maraqlara əsaslanan və müstəqil xarici siyasət yürütməsi daha ön plandadır. Bu da Moskvanın uzun illər boyu Cənubi Qafqazda saxladığı dominant mövqeyə ciddi zərbə vurur. Zaxarovanın açıqlaması, ilk növbədə, Rusiyanın oyundankənar qalmaq qorxusunu əks etdirir və bu qorxu siyasi ritorikada NATO təhlükəsi kimi qabardılır. Reallıq isə ondan ibarətdir ki, region ölkələri artıq öz gələcəklərini böyük güclərin diktəsi ilə deyil, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında müəyyənləşdirmək istəyirlər.” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90