Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin “öz ambisiyalarının qurbangahında” Ukrayna vətəndaşlarını qurban verdiyini bildirərək, onu tarixə “canavar” kimi düşəcəyini deyib. Ulusal.az xəbər verir ki, bu fikirlərini Zaxarova Sputnik radiosuna açıqlamasında səsləndirib.
Zaxarova qeyd edib ki, “öz ölkəsinə nələr etdiyini, onun tarixində, bir çox başqa ölkələrin tarixində, ümumiyyətlə, dünya tarixində əbədi olaraq qalacağını başa düşməyə bilməyən Zelenski öz vətəndaşlarını öz ambisiyalarının, axmaqlığının, nadanlığının, dar düşüncəsinin, ləyaqətsizliyinin, bütün ehtiraslarının qurbangahında qurban verən canavar kimi tarixə düşəcək”.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukrayna tərəfinin öz hərbçilərinin və hərbi əsirlərin cəsədlərini qaytarmaqda maraqlı olmadığını da bildirib.