image-rt-reklam
image-877051_crop_0_644ce22cdb67622dbackend

Zaxarova: “Ukraynalılar Azərbaycana qarşı diversiyalar planlaşdırır” – Ukraynanın səfiri sərt cavab verdi

image-728x90

Ulusal.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə sensasion bəyanatla çıxış edib. Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya ilə Azərbaycan arasında mövcud gərginlikdən istifadə edərək etnik zəmində qarşıdurmalar yaratmaq və Azərbaycana qarşı təxribatlar təşkil etmək niyyətindədir.

“Əlimizdə olan məlumatlara əsasən, Ukraynanın təhlükəsizlik orqanları hazırkı rus-azərbaycan münasibətlərindəki ziddiyyətlər fonunda milli zəmində nifrət və düşmənçilik yaymaq niyyətindədir. Xüsusilə Rusiyadan olan keçmiş vətəndaşların pulla ələ alınaraq, guya rus bayrağı altında Azərbaycana qarşı diversiyalar həyata keçirmələri planlaşdırılır”, – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, bu cür təxribatların həyata keçirilməsi halında, məqsəd Azərbaycanın, Türkiyənin və Avropanın informasiya məkanında Rusiyaya qarşı ittihamların yayılması və “aqressor obrazı” formalaşdırmaqdır.

Ukrayna səfirindən sərt cavab

Zaxarovanın bəyanatına Ukrayna tərəfinin cavabı gecikməyib. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev haqqin.az-a açıqlamasında bu iddiaları yalan və dezinformasiya adlandırıb.

“Terror aktları, milli zəmində qarşıdurmaların təşkili, dinc vətəndaşların öldürülməsi – bütün bunlar Rusiya xüsusi xidmət orqanlarının tanınmış və dəfələrlə ifşa olunmuş fəaliyyət üsullarıdır. Bu, müasir Rusiyanın acı reallığıdır”, – deyə səfir bildirib.

Qusevin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti SBU Rusiya xüsusi xidmətlərindən tam fərqli olaraq, xalqını və dövlətçiliyini xarici müdaxilədən, terror və diversiyalardan qorumaqla məşğuldur:

“SBU-nun effektiv fəaliyyəti artıq dünya miqyasında tanınmış və müasir tarix dərsliklərinə daxil edilmişdir. Ukrayna ilə Azərbaycan arasında güclü dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq mövcuddur. Bu əməkdaşlıq bəzi qüvvələri ciddi narahat edir. Həmin qüvvələr isə adətən yalnız təxribat və aqressiya yolu ilə hərəkət etməyə alışmış qüvvələrdir. El arasında deyildiyi kimi, ‘oğrunun papağı alışar'”, – deyə səfir Yuri Qusev vurğulayıb.

Tərcümə Ulusal.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90