image-rt-reklam
image-1backend

Zaxarova Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması şərtini açıqlayıb

image-728x90

Moskva hesab edir ki, Bakının Rusiya vətəndaşlarını azad etməsi tərəflər arasında münasibətlərin normallaşması yolunda əhəmiyyətli addım olacaq. Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Zaxarovanın sözlərinə görə, Rusiya Azərbaycanda saxlanılan həmvətənlərinə konsulluq işçilərinin baş çəkməsi və onların sağlamlıq vəziyyəti ilə bağlı məlumat alması üçün icazə almaq məqsədilə Bakıya müraciət edib. Lakin Azərbaycan tərəfi hələ ki, bu tələblərə razılıq verməyib.

“Biz konsulluq əməkdaşlarının saxlanılanlarla görüşməsi üçün artıq dördüncü dəfə sorğu göndərmişik. Lakin Azərbaycan tərəfi hələ ki, razılıq verməyib. Ümid edirik ki, belə bir razılıq əldə olunacaq”, – deyə Zaxarova RİA Novosti-nin sualını cavablandırarkən bildirib.

Bundan əlavə, Mariya Zaxarova qeyd edib ki, iyulun 2-də saxlanılan şəxslərin sağlamlıq vəziyyəti və tibbi yardım göstərilməsi ilə bağlı sorğu göndərilib.

“Təəssüf ki, indiyə qədər həmin sorğuya cavab almamışıq. Amma düşünürük ki, bu suala cavab veriləcək”, – deyə Zaxarova əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyi ümid edir ki, bu məsələlər həll olunacaq və tərəflər arasında münasibətlərin normallaşması üçün vacib addımlar atılacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90