Aparıcı Zaur Nəbioğlu aktyor və parodiyaçı Müşviq Şahverdiyevi efirdə biabır edib.
Pravda.az bizim.media-ya istinadən bildirir ki, buna səbəb aktyorun “Rəngarəng səhər” musiqili-əyləncəli verilişə söz verib gəlməməsi olub.
Sözügedən proqramın aparıcısı Zaur Müşviqin bu hərəkətindən qəzəblənərək, efir vasitəsi ilə ona sərt mesaj yollayıb:
“Müşviqə zəng vurub, efirimizə dəvət etdik. O isə razılıq verdi. İndi əlimdə tutduğum bu telefonla ona zəng vursam da, cavab vermir. Kim olursansa ol, hansı vəzifədə olursansa ol, sən illərdir ki, televiziyada çalışırsan. Sənin özünə qarşı bu hörmətsizlik edən qonağına məndən daha sərt reaksiya verərdin. Sən söz verib, üzərində durmayan insansan. Sən “mən gələcəyəm” deyib, sonra susub, qorxub bir kənarda itən insansan. Necə ki, sənətdə o cür itmisən”.
Verilişin gedişatından aparıcı M. Şahverdiyevin efirə gəlməməsini onun boşanması ilə əlaqələndirib:
“Müviq bəlkə də gündəm üçün susur ki, daha da çox haqqında danışılsın. Gəlib bir hadisəyə nöqtə qoymaq əvəzinə niyə susursan? Çünki daha çox istəyirsən ki, gündəmdə olasan. Müşviqə yalnız belə mövzularda gündəmdə olmaq daha çox sərf edər”.
Qeyd edək ki, M.Şahverdiyev 2017-ci ildə Aynur adlı xanımla ailə qurub. Onların 2 il sonra ildə bir oğul övladı dünyaya gəlib.
Cültük sonuncu dəfə ötən ilin fevralında Dubayda istirahət zamanı çəkilən fotolarını səhifəsində yayımlamışdı.