image-2000x150
image-1backend

Zatulindən sülhməramlılarla bağlı şok açıqlama: Qarabağda nə işimiz var?

image-728x90

“Ermənilərin Qarabağdan çıxmasından sonra Rusiya sülhməramlılarının bölgədə qalması səbəbləri azalıb”.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya qoşunlarının Qarabağdan çıxması məsələsini hələ qaldırmır: “İstəmirlər ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etsin. Bu gün Qarabağda sülhməramlıların qalması Rusiya və Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində isə erməni əhalisi qalmadığı üçün sual yaranır: bizim sülhməramlıların orada nə işi var?”

Zatulin qeyd edib ki, reallıqda Rusiya sülhməramlılarının Qarabağda olması üçün səbəb çox azdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90