image-2000x150
image-img-20230301-wa0011backend

Zamanın partiyası

image-728x90

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi illər ərzində şərəfli yolda qazandığı uğurlara nəzər yetirsək, böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyası yeni mərhələyə yol açıb.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zaman nitqində “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılmasından, həmin dövrdə  xalqın böyük əksəriyyətinin heç nədən çəkinmədən,  böyük cəsarət göstərərək, dövlətin maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevə müraciət etməsindən, gənc Azərbaycan dövlətinin  həyatında yeni bir mərhələyə yol açmasından geniş bəhs etdi.
Biz o illəri yaxşı xatırlayırıq və müxtəlif istiqamətlərdə humanitar məsələlərin həlli, Azərbaycan dilinin təbliği ilə bağlı ulu öndərin tarixi xidmətləri vardır. Azərbaycan dilini dövlət dili kimi təsdiqləmək məsələləri də məhz onun təşəbbüsü ilə həyata keçirilmişdir.
Azərbaycanın həm ölkə daxilində, həm regionda, həm xaricdə, dünya birliyində gedən proseslərdəki rolu artmaqdadır. Bizim xarici siyasət konsepsiyamızı da ulu öndər Heydər Əliyev qurmuşdur. Bu konsepsiya bu gün uğurla icra edilir.
Yeni Azərbaycan Partiyasının üzvləri, ulu öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün öz səylərini artırmaqdadır.
Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. Bu ölkələr arasında ən sıx əməkdaşlıq qardaş Türkiyə ilə olan münasibətlərdə özünü daha aydın göstərməkdədir.
Belə ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılandı.
Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürdü, maddi və mənəvi dəstək göstərdi.
Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də bu çətin günlərdə Türkiyə xalqının yanında olduqlarını nümayiş etdirdi, öz imkanları daxilində köməyini əsirgəmədilər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə xüsusi avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edildi.
Biz çox sevinirik ki, partiyamız bu gün də inkişafdadır və partiyamızın sıraları günü-gündən genişlənir. Ən sevindirici hallardan biri də, bu partiyaya gənc nəslin sürətli axınının olmasıdır.

Ceyhun Məmmədov

Millət vəkili

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90