image-rt-reklam
image-img-20241118-wa0068backend

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib

image-728x90

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib.
Görüşdə Zakir İbrahimov müsabiqə qalibi ilə kadrların və vaxtın idarə edilməsi, iş və həyat balansı, emosional zəka, fors-major hallarda effektiv qərar qəbuletmə ilə çevikliyin təmin olunması mövzuları ətrafında müzakirələr aparıb. Həmçinin İdarə Heyətinin sədri məhdud maliyyə və insan resurslarından istifadənin effektiv planlaşdırması və prioritetləşdirməsi istiqamətində təcrübəsini bölüşüb, müsabiqə qalibinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, müsabiqə qalibinin 1 illik fərdi inkişaf planına uyğun olaraq idarəetmə sahəsində nəzərə biliklərlə yanaşı, real iş mühitində təcrübə toplayaraq müvafiq sahədə bacarıqlarını artırması üçün işgüzar görüşlərə cəlb edilməsi nəzərdə tutulub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90