image-2000x150
image-ruhi-eliyeva-fexri-ferman-2backend

Zakir Həsənov Ruhi Əliyevanı təltif etdi — FOTOLAR

image-728x90

Ulusal.az
 xəbər verir ki, bu barədə Ruhi Əliyeva özü məlumat verib.

Mükafatı Ruhi Əliyevaya Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov təqdim edib.

Ruhi Əliyeva göstərilən diqqətə görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova təşəkkür edib:

“Ulu Öndərimiz Heydər Əliyevin çox gözəl bir deyimi var: “Gərək nəbzin Vətənin nəbzi ilə döyünsün”.

Gerçəkdən də o kəs özünü əsl azərbaycanlı saya bilər ki, onun könlündə vətən sevgisi olsun, qəlbi onunla vursun. Onun güclü, qüdrətli ölkə, nüfuzlu dövlət kimi tanınmasına can atsın. Bu müqəddəs və şərəfli görəvi yerinə yetirən dahi insanların yolunun davamçısı olsun.

Mənim həyatdakı ən böyük amacım və amalım məhz bu olub. Çox xoşbəxtəm ki, tutduğum bu yolda, atdığım hər addımı, hər əməlimi layiqincə qiymətləndirən dövlətim və onun dəyərli təmsilçiləri var.

Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyi məni Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlığa, ordunun təbliğ olunmasında göstərdiyim xidmətlərə, şəhid ailələrinə və yaralılara maddi və mənəvi dəstəyimə görə Fəxri Fərmanla mükafatlandırdı. Bu yüksək diqqət və ehtirama görə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cənablarına, nazirin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Elçin Xəlilova dərin təşəkkürümü bildirirəm.

Bu mükafat məni daha da ruhlandırır və bundan sonrakı fəaliyyətim üçün əvəzsiz stimuldur”.

Qeyd edək ki, Ruhi Əliyeva 44 günlük Vətən Müharibəsində və müharibədən sonrakı dönəmlərdə şəhid və qazi ailələrinə göstərdiyi qayğı, diqqət, Milli Orduya verdiyi dəstəyinə görə nümunəvi vətəndaş kimi tanınır.


image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90