image-rt-reklam
image-898551_srcbackend

Yuri Syomin: “Qarabağ”ın uğuru sürpriz deyil”

image-728x90

Rusiyalı tanınmış futbol mütəxəssisi Yuri Syomin “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

Syomin bildirib ki, Ağdam təmsilçisinin nəticələri gözlənilməz deyil:
“Məncə, ‘Qarabağ’ın Çempionlar Liqasındakı uğuru sürpriz sayılmamalıdır. Komandanın uzun illərdir Qurban Qurbanov kimi çox yaxşı baş məşqçisi var. Üstəlik, ‘Qarabağ’ hər zaman avrokuboklarda güclü təsir bağışlayır. Mənim fikrimcə, onlar Çempionlar Liqasına vəsiqə qazanmağa tam hazırdırlar və hələ də sürprizlər edə bilərlər. Çox yaxşı kollektivləri var. Qurbanov uzun müddətdir ki, klubun başındadır, demək olar ki, bu komandani sıfırdan qurub və indi onun bəhrəsini görürlər”, – deyə məşqçi vurğulayıb.

Qeyd edək ki, Çempionlar Liqasının ilk iki turunda “Qarabağ” Portuqaliyanın “Benfika”sını (3:2) və Danimarkanın “Kopenhagen”ini (2:0) məğlub edərək 6 xal toplayıb və hazırda turnir cədvəlində sensasion şəkildə 6-cı pillədə qərarlaşıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90