image-rt-reklam
image-1backend

Yüksək sürət aeroport yolunda qəzalara səbəb oldu – ANBAAN GÖRÜNTÜ

image-728x90

Paytaxtda bəzi yollarda sürücülərin avtomobilləri yüksək sürətlə idarə etməsi qəzalara səbəb olub. Belə qəzalardan biri Hava Limanı şosesində qeydə alınıb.

Ulusal.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

O həmin qəzanın görüntülərini sosial şəbəkə hesabında paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb.

“Avtomobili yüksək sürətlə idarə etmək, manevr etmə qaydasını pozmaq və nəticəsi… Paytaxtın Aeroport şosesində qeydə alınan bu iki qəzada baş verənlərdən sürücülər nəticə çıxarmalıdırlar. Təəssüflər olsun ki, bəzi sürücülər yol hərəkəti qaydalarını pozmağın yol-nəqliyyat hadisələrinə səbəb olduğunu bilsələr də, bu məsələyə ciddi yanaşmırlar. Həyat və sağlamlıqlarını heçə sayan bu tip sürücülər avtomobildə olan sərnişinlərlə yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də qəza təhlükəsi yaradırlar. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda son dərəcə diqqətli olmağa çağırır” – deyə, paylaşımda qeyd edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90